Niderlandda hantavirus səbəbilə 12 tibb işçisi karantinə göndərildibackend

Niderlandda hantavirus səbəbilə 12 tibb işçisi karantinə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Neymegen şəhərində yerləşən Radboud Universitet Tibb Mərkəzinin 12 əməkdaşı hantavirus təhlükəsinə görə altı həftəlik karantinə göndərilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, qərar xəstəxanada hantavirus aşkarlanan pasiyentlə təmas zamanı təhlükəsizlik qaydalarının tam şəkildə yerinə yetirilməməsindən sonra qəbul edilib. Klinik rəhbərliyi müalicə prosesi zamanı müəyyən protokolların pozulduğunu təsdiqləyib.  

Xəstəxananın idarə heyətinin sədri Bertin Laxeys bildirib ki, yoluxma ehtimalı çox aşağı olsa da, təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması vacibdir. O, baş verən hadisəyə görə təəssüf etdiklərini vurğulayıb.  

Bildirilir ki, pasiyentdən götürülən qan nümunələrinin laboratoriyada daha sərt prosedurlarla emal edilməsi tələb olunurdu. Bundan əlavə, biomaterialların utilizasiyasının da beynəlxalq qaydalara uyğun aparılmadığı qeyd edilib.  

Qeyd edək ki, mayın 7-də Radboud Universitet Tibb Mərkəzi “MV Hondius” kruiz gəmisindən təxliyə edilən sərnişinlərdən birində hantavirus aşkarlandığını açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Argentinadan Kabo-Verde istiqamətində hərəkət edən gəmidə ümumilikdə 9 nəfər virusa yoluxub, onlardan 3-ü həyatını itirib.  

//Gülnarə Abasova, Editor.az