Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçiriləcəyini açıqlayıb.
Kreml sözçüsünün sözlərinə görə, məsləhətləşmələr 17 və 18 fevral tarixlərinə planlaşdırılıb. “Bu dəfə Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.”, -Dmitri Peskov bildirib
Xatırladaq ki, Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin iştirak etdiyi ilk üçtərəfli təhlükəsizlik görüşü 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. Nümayəndə heyətləri orada ikinci dəfə 4-5 fevral tarixlərində görüşüblər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun sözlərinə görə, bu mərhələdən sonra Rusiya və Ukrayna 314 hərbi əsir mübadiləsi barədə razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az

