WUF13 zamanı Bakıya girişdə məhdudiyyətlər olacaq? – RƏSMİ AÇIQLAMA – FOTObackend

WUF13 zamanı Bakıya girişdə məhdudiyyətlər olacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WUF13 ərəfəsində xüsusilə açılış günündə əlavə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi lazım olarsa, bəzi yollarda istiqamətlər dəyişə bilər”.

Bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.

WUF13 zamanı Bakıya girişdə məhdudiyyətlər olacaq? - RƏSMİ AÇIQLAMA - FOTO

O bildirib ki, bu da yüksəksəviyyəli qonaqların təhlükəsiz hərəkətinin təmin olunması məqsədini daşıyır:

“Digər zamanlarda yollarda hərəkətin məhdudlaşdırılması nəzərdə tutulmur”.

O bildirib ki, bölgələrdən paytaxta gələnlər üçün məhdudiyyətlərin və ərazilərdə postların qurulması və s. nəzərdə tutulmur:

“Açılış mərasimində çox qısa müddətdə paytaxtın cənubdan- Lökbatandan gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilə və Kənar Dairəvi yolla hərəkət təmin oluna bilər”.