Rusiya daha bir beynəlxalq təşkilatdan xaric edildibackend

Rusiya daha bir beynəlxalq təşkilatdan xaric edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) idarə heyətindən çıxarılıb və ona uçuşların təhlükəsizliyinin təmin edilməsində problemləri olan ölkə statusu verilib.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verib. Xəbərə görə Rusiya ICAO-nun idarə heyətində qalmaq üçün kifayət qədər səs toplaya bilməyib. ICAO Şurasına 36 üzv ölkə daxildir. Onlar hər üç ildən bir ICAO assambleyasında seçilirlər. Hazırkı assambleya oktyabrın 7-dək Kanadanın Monreal şəhərində keçiriləcək. ICAO Şurası təşkilatın rəhbər orqanıdır. Bundan əvvəl ICAO Rusiyanı uçuşların təhlükəsizliyinin təmin edilməsində problemləri olan ölkə adlandırmışdı. Şurada həmçinin bildiriblər ki, hakimiyyət Rusiyada uçuşların təhlükəsizliyinə kifayət qədər nəzarət etmir.

  //Samir,Editor.az