Rusiya helikopteri Türkiyədə qəzaya uğradı: ölənlər varbackend

Rusiya helikopteri Türkiyədə qəzaya uğradı: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Türkiyədəki səfirliyi bu ölkənin cənub-qərbində yanğınsöndürən helikopterin qəzaya uğraması nəticəsində iki Rusiya vətəndaşının həlak olması ilə bağlı məlumatı təsdiqləyib. Diplomatik nümayəndəliyin məlumatına görə, insident nəticəsində üç rusiyalı da yaralanıb.

Editor.az bu barədə TASS-a istinadən məlumat verir. “Təəssüflə bildiririk ki, Dənizli vilayətində helikopterin qəzaya uğraması nəticəsində iki Rusiya vətəndaşı – mühəndis Aleksandr Yakovlev və texnik Aleksey Volkov həlak olub, daha üç Rusiya vətəndaşı isə yaralanıb: pilot İlya İvesenko, 2-ci pilot Yeqor Turkov və texnik Georgi Onuçin”, – səfirlikdən bildiriblər. Daha əvvəl Türkiyə mətbuatı Marmarisdə yanğını söndürmək üçün gələn Rusiya helikopterinin Dənizlidə qəzaya uğradığını yazmışdı. Hadisə yerindən çəkilmiş fotoşəkillərdə “Vladivostok Avia” helikopterinin üzərindəki yazı əks olunub. Türkiyə Daxili İşlər Nazirliyinin “Twitter” səhifəsində təyyarədə yalnız iki Rusiya vətəndaşının olduğunu dəqiqləşdirmişdi.

  //Samir,Editor.az