Rusiya müdafiə sənayesinə küllü miqdarda pul köçürən müəssənin sahibi ifşa olundubackend

Rusiya müdafiə sənayesinə küllü miqdarda pul köçürən müəssənin sahibi ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çerkask vilayətinin polisi 5 il ərzində Rusiya Federasiyasının müdafiə sənayesində silah istehsalı üçün sifarişləri yerinə yetirən şirkətlərə pul köçürən rusiyalının müəssisələrini ifşa edib.

Editor.az xəbər verir ki, bu barədə Milli Polisin və Baş Prokurorluğun saytında məlumat verilib. Məlumatda deyilir: “Rusiya Federasiyası vətəndaşına məxsus üç Ukrayna müəssisəsi 2016-2021-ci illər ərzində Rusiya Federasiyasının müdafiə sənayesi üçün silah, onların hissələri və sursatlarının hazırlanması üçün sifarişləri yerinə yetirən şirkətlərə pul köçürmələri həyata keçirib”. İstintaq sübut edib ki, nizamnamə kapitalı 16,5 milyon qrivna olan müəssisənin yeganə sahibi olan rus vətəndaş, həmçinin, nizamnamə kapitalı təxminən 890 min qrivna olan daha iki Ukrayna müəssisəsində də paya malikdir. Buna görə də Konstitusiya quruluşunu zorla dəyişdirmək və ya devirmək məqsədilə törədilən hərəkətlərin maliyyələşdirilməsi faktı üzrə (Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 3-cü hissəsi) cinayət işi açılıb. Müəssisələrin əmlakına həbs qoyulub. Müsadirə edilmiş əmlakın “Axtarış və Aktivlərin İdarə Edilməsi Agentliyi”nə verilməsi məsələsini prokurorluq həll edir.

  Samir //Editor.az