Rusiya nümayəndə heyəti Nyu-Yorka gedə bilmirbackend

Rusiya nümayəndə heyəti Nyu-Yorka gedə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək illik sessiyasında iştirak etmək üçün ABŞ-dan xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu nümayəndə heyətinə 56 viza istəyib, lakin hələlik heç birini almayıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verib. Xəbərə görə, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya baş katib Antonio Quterreşə yazdığı məktubda məsələ ilə bağlı şikayətlənib. Səfir iddia edib ki, dövlətlər son bir neçə ay ərzində bir sıra rusiyalı nümayəndələrə BMT tədbirlərində iştirak etmək üçün “giriş vizasından imtina ediblər” və bu, “təşvişə səbəb olub”. ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ölkəsi BMT Baş Assambleyasının iclasının keçirildiyi dövlət kimi üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşır.

Agentliyin həmsöhbəti qeyd edib ki, ABŞ qanunlarına əsasən, viza sənədləri məxfidir, ona görə də o, məsələ ilə bağlı konkret hallara münasibət bildirə bilməz. Amerika tərəfi təhlükəsizlik və xarici siyasət səbəbi ilə xarici diplomatlara viza verməkdən imtina edə bilər.

  //Samir,Editor.az