Rusiya Ukrayna ilə danışıqlara başlamaq istəyirbackend

Rusiya Ukrayna ilə danışıqlara başlamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski bildirib ki, Moskva dialoqa hazır olması barədə siqnal alacağı təqdirdə Kiyevlə danışıqların mümkünlüyünü müzakirə edəcək.

Editor.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verib. “Əgər Ukrayna tərəfi istənilən səviyyədə, istənilən formatda danışıqlara hazır olduğunu bəyan edərsə, biz bunu müzakirə edib cavab verəcəyik”, – deyə Slutski Dövlət Dumasının planlaşdırılmamış Şurasının iclasının yekunlarına dair danışarkən bildirib.

Qeyd edək ki, Kiyevin təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar dayandırılıb. Rusiyanın Cenevrədəki daimi nümayəndəsi ötən həftə bildirib ki, o, tərəflər arasında, o cümlədən prezidentlər səviyyəsində təmaslar üçün heç bir imkan görmür.

Ukrayna prezidenti Volodimir Zelenski isə danışıqların bərpası üçün Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasını şərti kimi irəli sürüb.

O, Ukraynanın Müstəqillik Günü münasibətilə müraciətində bildirib ki, əgər əvvəllər Rusiya ilə münaqişədə yeganə məqsəd sülhə nail olmaq idisə, indi Ukrayna hərbi qələbəyə nail olmaq niyyətindədir.

//Samir, Editor.az