Rusiya: Ukrayna ordusunun atom elektrik stansiyasını bombalaması Fukusimaya bənzər vəziyyətə səbəb ola bilərbackend

Rusiya: Ukrayna ordusunun atom elektrik stansiyasını bombalaması Fukusimaya bənzər vəziyyətə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına qarşı bombardmanları nəticəsində Çernobıl və Fukusima kimi vəziyyətin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov
mümkün bombardmanların nəticələrini əks etdirən xəritə də göstərib.

Kirillov fövqəladə hallarda stansiyada soyutma sisteminin nasaz olacağı, aktiv ərazinin həddən artıq qızacağı və bunun Avropanın ən böyük AES-in reaktorlarının sıradan çıxmasına, bununla da atmosferə radioaktiv materialların buraxılmasına və yüzlərlə kilometrə yayılmasına səbəb olacağını deyib.

Bununla belə, rus komandiri xəbərdarlıq edib ki, stansiyanın ən azı bir reaktorunun tərkibinin təxminən dörddə biri havaya buraxılsa, radionuklidlər skandinaviya ölkələrini əhatə edəcək.

“Belə bir fövqəladə hal (elektrik stansiyasında partlayış) əhalinin kütləvi miqrasiyasına səbəb olacaq və bir sıra Avropanın ixtisaslaşmış qurumlarının proqnozları ilə təsdiqləndiyi kimi Avropada gözlənilən qaz enerjisi böhranından daha fəlakətli nəticələrə səbəb olacaq”, – Kirillov bildirib.

//Gülnarə Abasova, Editor.az