Rusiya: Ukraynada 4334 tank və zirehli texnikanı məhv etdikbackend

Rusiya: Ukraynada 4334 tank və zirehli texnikanı məhv etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfindən müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4334 tank və zirehli texnika məhv edilib.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib.

Xerson bölgəsində 40 Ukrayna əsgəri və 10 xüsusi maşının məhv edildiyini bildirən Konaşenkov, 95-ci Hava Hücumuna aid sursat anbarına yüksək dəqiqlikli silahla edilən hücumda 3 mindən çox topun məhv edildiyini, 30 əsgərin həlak olduğunu iddia edib.

Mətbuat katibi son 24 saat ərzində 9 idarəetmə mərkəzi, 9 silah-sursat anbarı və 4 pilotsuz uçuş aparatının vurulduğunu qeyd edib: “İndiyədək Ukraynada 267 təyyarə, 148 helikopter, 1747 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə raket sistemi, 4334 tank və zirehli texnika, 799 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3310 haubitsa və minaatan, 4922 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.

//Gülnarə Abasova, Editor.az