Rusiyadan açıqlama: “Zelenski dünyanı müharibəyə çağırır”backend

Rusiyadan açıqlama: “Zelenski dünyanı müharibəyə çağırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski video çıxışı zamanı NATO-nu Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almağa və bu ehtimalın reallaşmaması üçün əlindən gələni etməyə səsləyib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Kremlin sözçüsü Dmitriy Peskov, Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında NATO-nun Rusiyaya qarşı tədbir görməsi ilə bağlı fikirlərini dünya müharibəsinə başlamaq çağırışı kimi qiymətləndirib.

Peskov çıxışında bildirib ki, bütün dünya liderləri, xüsusilə də ABŞ, AB və İngiltərə Zelenskinin bu açıqlamalarına diqqət yetirməlidir: “Bu cür bəyanatlar gözlənilməz vəziyyətə gətirib çıxaracaq. Yeni dünya müharibəsinə başlamaq çağırışından başqa bir mənası yoxdur. Əgər bu həyata keçərsə, bütün dünya üçün dəhşətli nəticələr yaradacaq “.

//Safura Bənnayeva, Editor.az