Rusiyalı jurnalist Kosovoda həbs edilibbackend

Rusiyalı jurnalist Kosovoda həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovo rusiyalı jurnalist Daria Aslamova Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib.

Editor.az-ın məlumatına görə, bu barədə Kosovo mənbələrinə istinadən “Azadlıq Radiosu” xəbər verib.
Xəbərdə deyilir: “Bu gün Darya Aslamova ölkənin şimalındakı sərhəd-keçid məntəqəsində saxlanılıb. Bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və jurnalist adı altında fəaliyyət göstərdiyini sübut edib. O, Rusiyanın Ukraynaya təcavüzünün təbliğatını aparmaqla bir növ Ukraynaya qarşı müharibədə də iştirak edib.

Xəbərdə o da bildirilir ki, Kosovo hakimiyyəti Aslamovanın fəaliyyətindən xəbərdardır və bəzi ölkələrdə onun ölkəyə girişinə icazə verilmir. Onun Kosovoya nüfuz etmək cəhdi ölkənin şimalında baş verən hadisələrlə üst-üstə düşür və Rusiyanın Kosovoda sabitliyi pozmağa yönəli izini və təbliğatını sübut edir.
Qeyd edək ki, nəşr Aslamovanın Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Suriya prezidenti Bəşər Əsədlə birgə fotosunu da yayıb.

Editor.az