Rusiyanın bu vilayətindən bir nəfər belə səfərbər olunmadıbackend

Rusiyanın bu vilayətindən bir nəfər belə səfərbər olunmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Altay Respublikasında qismən səfərbərlik çərçivəsində bir nəfər belə xidmətə çağırılmayıb. Bu barədə regiondan olan senator Vladimir Poletayev yerli hərbi komissarlığa istinadən məlumat verib.

“Hərbi komissarın sözlərinə görə, hazırda Altay Respublikasından qismən səfərbərlik çərçivəsində bir nəfər də olsun çağırılmayıb. Hərbi Komissarlıqlar vətəndaşlarla bağlı mövcud məlumatların yenilənməsi üzərində işləyir və çağırış vərəqələri göndərilir”, – Poletayev bildirib. Qeyd edək ki, oktyabrın 4-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 21-dən etibarən qismən səfərbərlik çərçivəsində 200 min vətəndaşın hərbi xidmətə çağırıldığını açıqlayıb. Bundan əvvəl o, səfərbərlik tədbirləri zamanı idarənin 300 min ehtiyatda olan hərbçinin xidmətə göndərilməsini planlaşdırdığını vurğulamışdı.

//Samir, Editor.az