Rusiyanın Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış: 2 ölübackend

Rusiyanın Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış: 2 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda Rusiyanın Kabildəki səfirliyi yaxınlığında bombalı hücum həyata keçirilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi paytaxt Kabilin Darul Aman küçəsində Rusiya səfirliyi yaxınlığında həyata keçirilən bombalı hücumda iki əməkdaşının həlak olduğunu açıqlayıb.

Səlahiyyətlilər həmçinin partlayışda yaralanan Əfqanıstan vətəndaşlarının olduğunu da təsdiqləyiblər. Həmçinin bildirilib ki, Kabildəki səfirlik partlayışı araşdıran Əfqanıstan təhlükəsizlik qüvvələri ilə sıx əlaqə saxlayır. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

//Gülnarə Abasova, Editor.az