Ruslara Odessanı işğal etməyə nə mane oldu – Kəşfiyyatbackend

Ruslara Odessanı işğal etməyə nə mane oldu – Kəşfiyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya dəniz desantları ilə Odessanı işğal etmək imkanları yoxdur. Rusiyanın Ukraynanın gəmi əleyhinə potensialını məhv etmək cəhdləri uğursuz olaraq qalır. Rusiyanın Qara Dənizdəki donanması daimi təhlükə altındadır”.

Bu barədə məlumat Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Twitter səhifəsində paylaşıb.

Rusiya tərəfinin iyulun 24-də Odessa limanına raket zərbəsini xatırladan kəşfiyyatçılar bildiriblər ki, raket düşən ərazidə hər hansı hədəf olmayıb.

“Rusiya demək olar ki, gəmi əleyhinə raketləri Qara Dəniz Donanmasının effektivliyini məhdudlaşdıran əsas təhlükə kimi qəbul edir. Bu da Rusiyanın ümumi işğal planını əhəmiyyətli dərəcədə pozdu. Bunun nəticəsi olaraq Rusiya Odessanı  dəniz desantları  ilə  zəbt etmək cəhdi alınmadı”, – Britaniya Müdafiə nazirliyinin məlumatında deyilir.

Onların məlumatına görə, bu baxımdan da Rusiya Ukraynanın gəmi əleyhinə potensialını zəiflətməyə çalışacaq.

Rusiya uğursuz cəhdlərə baxmayaraq, Odessanı zəbt edib Ukraynanın dənizə çıxışının qarşısını almağa və Dnestryanı əraziyə çıxışını təmin etməyə çalışacaq.

Ölkə.Az