Sabah Ərdoğanla Paşinyan görüşür: Görüşdən GÖZLƏNTİLƏR NƏLƏRDİR?- Politoloq DİQQƏTÇƏKƏN məqamları ŞƏRH ETDİbackend

Sabah Ərdoğanla Paşinyan görüşür: Görüşdən GÖZLƏNTİLƏR NƏLƏRDİR?- Politoloq DİQQƏTÇƏKƏN məqamları ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Ermənistan münasibətləri Ermənistan müstəqilliyini qazandıqdan sonra yaranıb. Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ancaq 1993-cü ildə ilk Kəlbəcər və daha sorna Azərbaycanın digər rayonlarının işğalı ilə əlaqədar olaraq  Türkiyə-Ermənistan əlaqələri dondurulub və Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. O vaxtdan sonra münasibətlərin normallaşması üçün müəyyən cəhdlər olsa da bu, baş tutmadı. Çünki Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni önə sürərək Ermənistandan işğal altında saxladığı əraziləri geri verməsini tələb edib. 2009-cu ildə Sürixdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı protokollar imzalansa da bu da həyata keçməyib. Görüşdən bir neçə gün sonra Sarkisyan Türkiyənin “Dağlıq Qarabağ problemini ilkin şərt kimi təqdim etdiyini və bunu qəbul etməyəcəklərini” bildirərək protokolların parlamentə göndərilməsini qeyri-müəyyən müddətə təxirə saldı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz torpaqlarını  işğaldan azad edib və bundan sonra bölgədə yeni reallıqlar yaranıb:

” Bu proses Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün də müəyyən fürsətlər yaradır. Keçən dövr ərzində Azərbaycan və Türkiyə  bölgədə hər zaman sülh gündəliyi ilə çıxış ediblər və bunun nümunələrindən biri kimi  biz 2010-cu ilin 10 dekabrında Bakıda keçirilən Zəfər Paradında Azərbaycan və Türkiyə Prezidentlərinin  “altılıq” platforma ilə bağlı açıqlamasını göstərə bilərik. Keçən ilin dekabr ayından Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması üçün tərəflər xüsusi nümayəndələr təyin ediblər və onların bu vaxta qədər üç görüşü keçirilib. Bu görüşlərdən sonra münasibətlərin normallaşması üçün konkret hansı addımlar atılacağını və nə qədər məsafə qət edildiyini söyləmək xeyli çətindir. Bütün hallarda bu istiqamətdə müəyyən proseslərin getdiyini də müşahidə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, Türkiyə bu prosesi hər zaman Azərbaycanla əlaqələndirir”.

O. Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında sabah baş tutacaq görüşün ciddi əhəmiyyət kəsb etdiyini diqqətə çəkib:

” Bu görüş Ermənistanla Türkiyə arasında münasibətlərin  normallaşması üçün müəyyən təkan verə bilər. Görüşdə  müzakirə ediləcək məsələlər üçün gündəm xeyli zəngindir. Türkiyə Ermənistandan 10 noyabr üçtərəfli bəyanatına görə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyəcək. Bu həm kommunikasiyaların açılması, əsasən də Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Azərbaycanla sərhəddə təxribatlara son qoyulması, Qarabağ ərazisində qalan erməni silahlı birləşmələrin çıxarılması, sərhədlərin demakrasiya delimitasiya .əsələsi, o cümlədən Azərbaycanla sülh sazişi üzərində işin sürətləndirilməsi, təxribatlara son qoyulması və Türkiyə-Ermənistan arasında sərhəd rejiminin yumşaldılması və tranzit keçidlərlə bağlı məsələlər də müzakirə oluna bilər”.

Politoloq əeyd edir ki, görüşdən böyük gözləntisi yoxdur:

” Ermənistanın bu proseslərə daha çox kənar oyunçuları cəlb etməsi,  o cümlədən Ermənistan cəmiyyətində mövcud olan psixoloji durumu nəzərə alsaq proseslərin sürətlə irəliləməsi çox da inandırıcı görünmür. Bunun əsas səbəblərindən biri Ermənistanın daxili siyasətinə təsir edən amillərdir ki, bunların ən əsası erməni diasporu və onların fəaliyyət göstərdiyi böyük dövlətlərdir. Məsələn, diasporların fəaliyyət göstərdiyi Fransa, ABŞ Ermənistandan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. 150 ildən artıq bir müddətdə erməni cəmiyyətində həyata keçirilən antiTürkiyə siyasəti ermənilərdə milli xəstəlik səviyyəsində düşmənçilik formalaşdırıb. Nəzərə alsaq görərik ki, hələ ki bu cür görüşlərdən çox sürətli və qısa zaman ərzində real nəticələr gözləmək tezdir”.

Müsahibimizin sözlərinə görə, münasibətlərin normallaşması üçün Ermənistan Azərbaycan və Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarında imtina etməli və özünün qanunvericilik bazasında dəyişikliklər etməlidir:

” Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bir neçə qanunvericilik aktları var. Bunlar 1989-cu ildə Qarabağın Ermənistana birləşdirilməsi və 1992-ci ilin iyununda qəbul olunmuş Qarabağın Azərbaycanın tərkib hissəsi kimi görəcək hər hansı sənədə imza atmamaqla bağlı Ermənistan Parlamentinin qərarıdır. Bundan başqa Türkiyəyə qarşı Konstitusiya səviyyəsində irəli sürülən ərazi, qondarma soyqırımla bağlı iddialardır. Əgər Ermənistan bu niyyətlərindən və düşmənçilik mövqeyindən əl çəkərsə, Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına tərəfdir. Hələ ki hər iki dövlətin də şərtləri çox açıq və dəqiqdir. Azərbaycan Ermənistan sülh sazişinin imzalanması üçün 5 təklif irəli sürüb və bunlardan birincisi tərəflərin qarşılıqlı şəkildə bir-birinə qarşı ərazi iddialarından  imtina etməsidir”.

//Gülnarə Abasova, Editor.az