Salyanda yük avtomobilinin təkərini dəyişən Türkiyə vətəndaşı ölübbackend

Salyanda yük avtomobilinin təkərini dəyişən Türkiyə vətəndaşı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

Hadisə Salyan rayonunda qeydə alınıb.

Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi “Merdeces Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

milli.az