Samuxda özünü yandıran qazinin vəziyyəti ağırdır – TƏBİBbackend

Samuxda özünü yandıran qazinin vəziyyəti ağırdır – TƏBİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Editor.az -a bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya – Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədəri yanıb.

T. Abdullayevin Vətən müharibəsi qazisi olduğu bildirilir.