Şəmkirdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb – FOTObackend

Şəmkirdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb. Nəticədə sürücü burun və əlin sınığı xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.