Serbiya-Kosova GƏRGİNLİYİ: “Bu, Yeni Dünya Müharibəsinə imza atmaq istəyən qüvvələr üçün tam dəqiq seçimdir”backend

Serbiya-Kosova GƏRGİNLİYİ: “Bu, Yeni Dünya Müharibəsinə imza atmaq istəyən qüvvələr üçün tam dəqiq seçimdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb siyasi təhlil mərkəzləri bütün dünyanın əsas diqqətinin Ukrayna müharibəsinə yönəldiyi bir vaxtda Kosovo-Serbiya savaşının törədilməsinə yönəlik cəhdlərin yeni qlobal savaşa bəhanə yaratmaq niyyəti kimi izah edirlər. Buna çalışan “kənar güclər”arasında Balkanlarda öz təsir mexanizmlərini qoruyub, saxlayan Rusiyanın da ola biləcəyi istisna edilmir.

Maraqlıdır, Rusiyanın bu prosesdən qazancı nələrdir?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a deyib ki, sözügedən son hadisələr Rusiya-Ukrayna müharibəsinin yan təsiridir:

“Çünki Serbiya-Kosova gərginliyi ilə Rusiya Ukraynadakı böhranı müəyyən dərəcədə kompensasiya edə bilər. Bu mənada Serbiya variantı Rusiya üçün çox uğurludur. İkincisi, bu, Qərbin də Kosova üzərindən Rusiyanın Balkanlardakı müttəfiqinə zərbəsi ola bilər ki, onun əhatəsini kiçiltsin. Beləliklə, məqsəd Ukraynadakı qüvvələrin müəyyən hissəsini Balkanlara səfərbər etmək ola bilər. Balkanlarda müharibənin baş verməsi daha rahatdır. Çünki dini, etnik baxımdan çox müxtəliflik və çox keçmiş dönəmlərə dayanan düşmənçilik münasibəti var. Həm də dünya təcrübəsində Birinci  Dünya Müharibəsi də bu bölgədə baş verib. Bu baxımdan müsəlmanlar, xarvatlar, bosniyalılar, serblər Balkanlarda toqquşma səbəbidir. Qlobal Savaşa gətirib çıxaracaq ən unikal planlardan biri bu bölgədə icra oluna bilər. Bu, Yeni Dünya Müharibəsinə imza atmaq istəyən qüvvələr üçün tam dəqiq seçimdir”.

//Gülnarə Abasova, Editor.az