Temu ilə bağlı ŞOK – minlərlə məhsulun…backend

Temu ilə bağlı ŞOK – minlərlə məhsulun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin məşhur onlayn alış-veriş platforması Temu bu dəfə hüquqi qalmaqalla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, dünyaca məşhur moda markası Shein şirkəti Temunu “kütləvi müəllif hüquqları pozuntusunda” ittiham edərək məhkəməyə verib.

Məlumata görə, Shein Temunun platformasında fəaliyyət göstərən satıcıların minlərlə məhsul şəklini icazəsiz şəkildə kopyaladığını iddia edir. Şirkət bildirir ki, bəzi fotolar üzərində kiçik dəyişikliklər edilərək onların mənşəyi gizlədilməyə çalışılıb.

Londonda başlayan məhkəmə prosesi iki Çin mənşəli nəhəng şirkət arasında uzun müddətdir davam edən hüquqi savaşın yeni mərhələsi hesab olunur. Temu isə ittihamları qəbul etmir və platformadakı məhsullara görə əsas məsuliyyətin müstəqil satıcılarda olduğunu bildirir.

Temunun vəkilləri Shein-i rəqabəti məhdudlaşdırmağa çalışmaqda ittiham edib. Onların sözlərinə görə, şirkət bazardakı üstünlüyünü qorumaq üçün hüquqi təzyiq metodlarından istifadə edir.

Qeyd edək ki, son illərdə həm Temu, həm də Shein müxtəlif ölkələrdə məhsul keyfiyyəti, məlumat təhlükəsizliyi və müəllif hüquqları ilə bağlı bir sıra qalmaqallarla gündəmə gəlib.