Təyyarədə bomba təhlükəsibackend

Təyyarədə bomba təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərəyə uçan təyyarədə əldəqayırma partlayıcı olması şübhəsi ilə istiqamət Çexiya hava limanına yönləndirilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, təyyarənin Polşanın Krakov şəhərindən İngiltərənin Bristol şəhərinə uçduğu açıqlanıb.

Çexiyadakı Praqa Hava Limanının rəsmi Tvitter hesabındakı məlumata görə, təyyarə Krakov-Bristol marşrutu ilə təhlükəsiz şəkildə eniş edib. Çexiya polisi tərəfindən sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün tədbirlərin həyata keçirildiyi qeyd edilib. Çexiya polisi onların pirotexniklərinin hadisə yerində olduğunu və araşdırma apardığını təsdiqləyib. Məlumata görə, zabitlər təyyarədə axtarış və yoxlama apararkən sərnişinlərə təyyarəni tərk etməyə icazə verilib.

//Safura Bənnayeva, Editor.az