Təzə gəlin polisin tanışı çıxdı – Başına elə oyun gətiriblər ki….backend

Təzə gəlin polisin tanışı çıxdı – Başına elə oyun gətiriblər ki….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada sahə müvəkkilinin fırıldağı xəbəri hər kəsi təəccübləndirib.

Editor.az rus mediasına istinadən xəbər verir ki, sahə müvəkkili fırıldaçılıqda ittiham olunur. Araşdırmalara əsasən məlum olub ki, polis kapitanı alkoqol düşkünü olan şəxsi tanışı olduğu qadınla evləndirməklə kişinin iki mənzilinə sahib olub. Polis əməkdaşı əvvəlcədən öyrənib ki, alkoqol təsiri altında olan kişinin adına iki evi var.

Heç kimə narahatçılıq yaratmayan gənc kimsəsiz imiş. Ayıq olduğu vaxtlarda kompüterləri təmir edir və aldığı pulu spirtli içki alınmasına sərf edirmiş. İndi evləri dələduzluqla ələ keçirən polis barəsində cinayət işi qaldırılıb və o, vəzifədən kənarlaşdırılıb.

Qonşuların dediyinə görə, fırıldaqçı polis cəmi bir mənzili satmağı bacarıb.