Tramp üçün bəd xəbər gəldibackend

Tramp üçün bəd xəbər gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın şirkətinin Baş Maliyyə Direktoru (CFO) Allen Veisselberg 15 cinayət faktı ilə ittiham olunub.

Bu barədə Editor.az “Türkiyə” qəzetinə istinadən xəbər verir. Dəbdəbəli avtomobillər üçün ödənişlər, Manhettendə mənzil kirayəsi, nəvələri üçün xüsusi məktəb təhsili də daxil olmaqla, şirkətin xeyrinə vergilərdən yayınmaq, bütövlükdə 15 maddə üzrə ittiham olunan Veisselberg, həmin ittihamların hamısını boynuna alıb.

Məhkəmənin hakimi Xuan Manuel Merçan bildirib ki, Veisselberg əvvəllər yaradılmış Müdafiə Müqaviləsi çərçivəsində Nyu-Yorkdakı “Rikers Island” həbsxanasında 5 ay həbs cəzası və daha sonra 5 il sınaq cəzası alacaq. Hakim həmçinin bildirib ki, Veyselberq 2 milyon dollar ödəməli olacaq. Veysselberq Trampın şirkəti ilə bağlı ittihamlarla oktyabrda keçiriləcək məhkəmədə şahid qismində ifadə verməli olacaq. Weisselberg-in vəkili, Nicholas Gravante Jr daha əvvəllər vəd etdiyi 5 aylıq həbs cəzası müqabilində müvəkkilinin günahını etiraf edəcəyini bildirmişdi. Prokurorluqdan bildiriblər ki, Müdafiə Müqaviləsi Vaysselberqdən ittihamnamədəki 15 ittihamın hər biri üzrə təqsirli bilinməsini, məhkəmədə şirkətin iddia edilən təzminat tənzimləməsindəki rolu barədə danışmasını və oktyabr ayında Trampın şirkətinə qarşı ittihamlarda şahid qismində çıxış etməsini tələb edəcək. Qeyd edək ki, Trampın ən sadiq iş ortaqlarından biri olan Veisselberg 2021-ci ilin iyulunda həbs edilib. Prokurorluqdan iddia edirdilər ki, şirkət 15 il ərzində Veisselberg də daxil olmaqla top-menecerlərə vergisiz güzəştlər verib.

  //Samir,Editor.az