Trampdan Xameneiyə gizli həmlə: ABŞ-dan İrana görün nələr göndərildibackend

Trampdan Xameneiyə gizli həmlə: ABŞ-dan İrana görün nələr göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranda etiraz aksiyalarının yatırılmasından və internetin genişmiqyaslı şəkildə məhdudlaşdırılmasından sonra etirazçılara gizli şəkildə minlərlə peyk rabitə terminalı göndərib.

Bu barədə “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İrana qeyri-qanuni yollarla təxminən 6 min ədəd “Starlink” terminalı çatdırılıb. Bildirilir ki, ABŞ Dövlət Departamenti son bir neçə ay ərzində ümumilikdə 7 minə yaxın “Starlink” terminalı satın alıb. Onların əksəriyyəti yanvar ayında alınıb və məqsəd internet blokadalarını aşmaq üçün fəallara dəstək vermək olub.

Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp addım barədə məlumatlandırılıb, lakin onun bu təşəbbüsü birbaşa təsdiqləyib-təsdiqləmədiyi bəlli deyil.

Xatırladaq ki, yanvar ayında “Bloomberg” agentliyi İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin İranda “Starlink” infrastrukturuna çıxış üçün ödənişi ləğv etdiyini yazmışdı.

Globalinfo.az