Trass “termonüvəli rusofob”, Conson “qeyrətli əmi”, Borrell isə “ağılsız komissar”dırbackend

Trass “termonüvəli rusofob”, Conson “qeyrətli əmi”, Borrell isə “ağılsız komissar”dır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liz Trass “termonüvəli rusofob”, Boris Conson “qeyrətli əmi”, Josep Borrelli isə “ağılsız komissar”dır.

Editor.az xəbər verir ki, bu fikirləri Ukrayna Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da bölüşüb.

O, xanım Trassı Marqaret Tetçerdən sonra “biçən” “qeyri-adi xala”, “bacarıqsız və babat termonüvə rusofobu”, cənab Consonu “qeyri-adi əmi” və “yaltaq Boriska”, Borelli isə “məzlumi simalı” və “görüşüləsi rəva bilinməyənlərin siyahısında ən sonda yer alan “ağılsız komissar” adlandırıb.

Bu sözləri o, Liz Trassın Böyük Britaniyanın baş naziri vəzifəsinə təyin olunması ilə bağlı xəbərlərə və Cozep Borrelin “faşist Rusiyası” ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. “O (Trass), hamı ilə mübahisə edəcək, hər şeyi uğursuzluğa düçar edəcək və öz sələfi kimi vəzifəsindən rüsvayçılıqla ayrılacaq”, – Medvedev deyib.

Borrellin sözləri ilə bağlı isə Medveryev “Belə şeylər heç vaxt unudulmamalıdır. Bu məmur həmişəlik əfv hüququ olmayan, əli sıxılmayan məxluqlar siyahısına salınmalıdır”, – deyib.

Qeyd edək ki, “faşist Rusiyası” ifadəsi sentyabrın 5-də Avropa Parlamentinin Praqada keçirilən konfransında çıxışı zamanı Xosep Borrell tərəfindən səsləndirilib.

Daha sonra Borrelin mətbuat katibi Peter Stano bildirib ki, “faşist Rusiyası” ilə bağlı sözlər diplomata sual verən parlamentarilərdən birinə məxsusdur və tərcümədə səhv olub. Avropa İttifaqı da Rusiya Xarici İşlər Nazirliyinin onun çıxışının stenoqramı tələbini şərh etməkdən imtina edib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Josep Borrell “sadəcə dili ilə danışır”.

  //Samir,Editor.az