Türkiyə Ukrayna torpaqlarının ilhaqını qəbul etmirbackend

Türkiyə Ukrayna torpaqlarının ilhaqını qəbul etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını qəbul etmir.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. “Türkiyə 2014-cü ildə keçirilən qeyri-qanuni referendumda Rusiyanın Krımı ilhaqını tanımadı və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğuladı.

2014-cü ildə tutduğumuz bu mövqeyə uyğun olaraq, Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını da rədd edirik”, – rəsmi Ankara bildirib. Türkiyə “beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarı qəbul edə bilməz. Biz müharibənin danışıqlar yolu ilə ədalətli sülh əsasında həllinin tərəfdarıyıq” – bəyanatda deyilir.

  //Samir,Editor.az