Türkiyədə növbəti AĞIR QƏZA: 30-a yaxın yaralı var – FOTObackend

Türkiyədə növbəti AĞIR QƏZA: 30-a yaxın yaralı var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə növbəti dəfə ağır yol-nəqliyyat hadisəi baş verib.

Dənizli vilayətinmin Pamukkale rayonunda sərnişin avtobusu aşıb. Nəticədə 28 sərnişin yaralanıb.

Avtobus sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.

Qeyd olunub ki, avtobus 34 sərnişinlə Antalyadan İstanbula getmək üçün yola çıxıb. Dənizli-Antalya yolunun Cankurtaran hissəsində yağan yağış yollarda çətin vəziyyət yaradıb və avtobus sürüşəərək aşıb.

Hadisə yerinə çox sayda TTY, xilasetmə, polis və jandarma qrupları sövq edilib.

Avtobusda olan sərnişinlər təxliyyə edilib və 28 yaralı şəhərdəki xəstəxanalara aparılıb.

Xəsarət almayan digər sərnişinlər isə bölgəyə gələn başqa bir avtobusla şəhər mərkəzinə göndərilib.

Avtobus sürücüsü AE-nin ifadəsini almaq üçün polis bölməsinə aparılıb.

//publika.az