Ukrayna ilə sərhəddə yerləşən rus məktəbləri bu il fəaliyyətini dayandıracaqbackend

Ukrayna ilə sərhəddə yerləşən rus məktəbləri bu il fəaliyyətini dayandıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ilə sərhəddəki rus məktəbləri yeni tədris ilində fəaliyyət göstərməyəcək”.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belqorod şəhərinin meri deyib.

Rusiya mətbuatında yer alan məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan bir neçə gün sonra Belqorod da daxil olmaqla, ən azı dörd sərhəd bölgəsi məktəbləri bağladı və uçuşları dayandırdı. Belqorod qubernatoru Vyaçeslav Qladkov açıqlamasında bildirib ki, sərhəd bölgəsindən 5 kilometr aralıda yerləşən məktəb və uşaq bağçaları müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Bundan əlavə, Telegram-da paylaşdığı yazıda o, sentyabrın 1-dən başlayacaq tədris ilində şagirdlərin hansı məktəblərdə oxuya biləcəyini səlahiyyətlilərin müəyyənləşdirəcəyini bildirib. Qladkov Belqorodda məktəblərin açılmayacağı Ukraynanın ikinci böyük şəhəri Xarkova ən yaxın olan beş kənd və qəsəbəni müəyyənləşdirib. Bununla belə, Xarkovdan uzaqda yerləşən Belqorod vilayətinin digər dörd yaşayış məntəqəsindəki məktəblər sentyabrın 1-də təhsil fəaliyyətlərini davam etdirəcəklər.

//Gülnarə Abasova, Editor.az