Ukrayna Xerson vilayətində bir kəndi geri aldıbackend

Ukrayna Xerson vilayətində bir kəndi geri aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərini geri almağa davam edir. Rusiya prezidenti Vladimir Putin Zaporojya, Xerson, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanunu imzaladıqdan sonra Ukrayna əks-hücumunu gücləndirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının sosial media hesabında yer alan paylaşımda deyilir: “Yenə Xerson vilayətindən şad xəbər var. Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Mala Oleksandrivka üzərində nəzarəti bərpa edib”. Ukraynalı əsgərlər azad edilmiş kənddə bayraq açaraq qələbələrini qeyd edərkən görüntülənib.

Onu da qeyd edək ki, Rusiya ordusunun aylardır davam edən müharibədə nəzarətə götürdüyü Zaporojya, Xerson, eləcə də rusiyayönlü separatçı Donetsk və Luqanskda referendum keçirilib. Qondarma seçki komissiyalarının məlumatına görə, sakinlərin əksəriyyəti Rusiyaya birləşməyə səs verib. Onun ardınca Putin sentyabrın 30-da Kiyev administrasiyasına müraciət edərək Zaporojya, Xerson, Donetsk və Luqanskda yaşayanların artıq Rusiya vətəndaşı hesab olunduğunu və Ukraynanı atəşkəsə çağırdığını bildirib.

//Safura Bənnayeva, Editor.az