Ukraynada nüvə fəlakəti qorxusu artırbackend

Ukraynada nüvə fəlakəti qorxusu artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın mart ayında işğal etdiyi Zaporojye atom elektrik stansiyası ətrafında münaqişələrin qızışdığı barədə məlumatlar var. Rusiya və Ukrayna atom elektrik stansiyası ətrafındakı hücumlara görə biri-birini məsuliyyət daşıdığını düşünür.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna rəsmilərinin verdiyi məlumata görə elektrik stansiyasına edilən hücumlar nəticəsində bəzi hissələrin zədələndiyi, avqustun əvvəlində hələ də fəaliyyətdə olan 3 reaktordan birinin fəaliyyətinin dayandırıldığı bildirilib. Elektrik stansiyasının istifadəsini öz üzərinə götürən Ukraynanın “Enerqoatom” şirkəti Rusiyanı həmin stansiyanı Rusiya tərəfindən işğal olunmuş Krıma qoşmaq planında ittiham edərək bununla da Ukrayna şəbəkəsinə qoşulan elektrik kabellərini zədələdiyini iddia edib.

Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Atom Elektrik Stansiyasının ətrafında baş verən bombalı hücumlarda 14 nəfər həyatını itirib. Atom Elektrik Stansiyasından təxminən 100 kilometr aralıda yerləşən Nikopol şəhərində Rusiyanın raket hücumu nəticəsində 3 nəfər həlak olub.

Ukraynanın şərqindəki Donbass bölgəsində Rusiya hücumlarının davam etdiyi bildirilir.

//Safura Bənnayeva, Editor.az