Ukraynadan daha 2 taxıl yüklü gəmi yola düşüb, gəmilərin ümumi sayı 14-ə çatıbbackend

Ukraynadan daha 2 taxıl yüklü gəmi yola düşüb, gəmilərin ümumi sayı 14-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Təşəbbüs Sənədi” imzalandıqdan sonra daşınma davam edir.

Editor.az xarici mediaya əsasən bildirir ki, Türkiyə Müdafiə Nazirliyi bu gün səhər saatlarında daha iki taxıl yüklü gəminin Ukraynanın Qara dəniz limanlarını tərk etdiyini açıqlayıb. Müvafiq olaraq 3.50 ton buğda daşıyan Beliz bayraqlı “Sormosvky” gəmisi Çernomorskdan ayrılaraq Tekirdağ istiqamətinə yola düşüb.

İstanbulda əldə olunan razılaşmadan sonra Ukraynadan taxıl daşıyan gəmilərin sayı 14-ə yüksəlib.Müdafiə naziri Hulusi Akar dünən Ukraynadan taxılla yüklənmiş 3 gəminin limanlardan ayrıldığını bildirib:

“Mərkəzdəki dostlarımız və rəsmilərimiz sözügedən razılaşmanın qarşılıqlı anlaşma və koordinasiya şəraitində problemsiz və uğurla davam etməsi üçün səylər göstərirlər. Rusiya, Ukrayna, BMT və Türkiyə olaraq işimizi davam etdiririk. Bu çərçivədə birinci Ukrayna limanlarından bir gəmi artıq yola düşmüşdü və Livan istiqamətində hərəkətini davam etdirmişdir. Bu gün daha 3 gəmi Ukrayna limanlarından yola düşüb. Onlardan biri İngiltərədə, biri İrlandiyada, digəri isə Türkiyədə qalmaq üçün təxliyyə əməliyyatlarına başlayıb. Ukraynaya getməyi gözləyən boş gəmi də buradan yola düşdü. Gəmi Ukraynada yüklənəcək və geri dönəcək. İndiyə qədər fəaliyyətlərimiz planlaşdırıldığı kimi davam edir”.

//Safura Bənnayeva, Editor.az