Vardanyan hakimiyyətdən gedir?-Deputat ŞƏRH ETDİ  backend

Vardanyan hakimiyyətdən gedir?-Deputat ŞƏRH ETDİ   

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruben Vardanyanın bir neçə dəfə Qarabağda əsassız bəyanatlar verməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında Qarabağdakı separatçı rejim rəhbərliyini “vəziyyəti dalana dirəyən və heç bir fayda verməyən siyasi bəyanatlardan çəkinməyə” çağırıb. Yanvarın 14-dən etibarən isə Ruben Vardanyanın “tutduğu vəzifədən” azad ediləcəyi haqda məlumatlar yayılıb.

Xankəndidə baş verən bu “hakimiyyət dəyişikliklərinin” məqsədi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Ruben Vardanyanın Rusiyanın layihəsi olması danılmazdır:

“O, Arayik Artunyan, Vitali Balasanyana qarşı əlavə qüvvə kimi təyin oldu. Heç bir vaxt Rusiyanın razılığı olmadan onun milyardlarla vəsaiti özü ilə Ermənistana və yaxud tanınmamış separatçı qüvvələrin arasına gətirməsi mümkün deyildi. Lakin Vardanyanın gəlişindən sonra gərginlik daha da artdı. Bu nə A.Artunyana, nə də V. Balasanyana xeyir gətirə bilməzdi. Gələcək üçün baş nazir Nikol Paşinyanın qorxusu ondan ibarətdir ki, Ruben Vardanyan Ermənistanın prezidenti ola bilər.

Digər məsələ isə Sarkisyanın və Köçəryanın susmasıdır. Onlar Vardanyanın əraziyə gəlişinin əleyhinə idilər. Əsas məqam budur ki, hər bir adı çəkilən şəxs Qarabağda əli qana batmış şəxslərdir. Burada “cinayətkar olmayan” Vardanyandır. Buna görə də onu mütləq şəkildə lokallaşdırmaq lazımdır ki, gələcəkdə onlara mane olmasın. Bu gün Vardanyanın “Rusiyanın Ermənistanda hakimiyyətini dəyişdirilməsi” ilə bağlı layihəsinin olması danılmazdır. Həmin prosesin qarşısını almaq üçün həm revanşist qüvvələr, həm də Paşinyan müvafiq siyasət yürüdürlər”.

//Safura Bənnayeva, Editor.az