Vəziyyət getdikcə GƏRGİNLƏŞİR: “Kollektiv Qərb səhvə yol verdiyini dərk etməlidir, əks halda…”backend

Vəziyyət getdikcə GƏRGİNLƏŞİR: “Kollektiv Qərb səhvə yol verdiyini dərk etməlidir, əks halda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

LTürkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında 200 hərbi əsir dəyişdirilib.  Müqaviləyə əsasən Azovstalda sona qədər müqavimət göstərən və Rusiyanın geri vermək istəmədiyi 5 Azov komandiri azad edildi. Onlar müharibənin sonuna qədər Türkiyədə qalacaq.  Onları 55 rus əsgərinə dəyişiblər.

Editor.az -a açıqlamasında “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, bu prosesdə Türkiyə çox ciddi vasitəçi rolunu öz üzərinə götürdü:

” Bu humanitar addım çox uğurlu bir davranışdır. Proses əslində Rusiya-Ukrayna arasında  ortaq nöqtələrin tapılması və  prosesdə Türkiyənin rolu ilə bağlı ciddi bir siqnaldır. Eyni zamanda, dünən Rusiya Prezidenti Vladimir Putinin və Medvedevin Rusiya ərazilərinə hər hansı bir təhdid baş verərsə, bütün müasir hərbi imkanlarından və nüvə başlıqlarından istifadə etməklə bağlı bəyanatı da mövcud vəziyyətdə çox ciddi təhlükəli perspektivlərdən xəbər verir. Çünki kollektiv Qərb tərəfindən Ukraynaya göstərilən dəstək müharibənin nəticələrinə prosesə ciddi dəyişiklik etmək, bitirmək gücündə olmasa da Rusiyanın  qısa müddət ərzində uğurlu nəticələr əldə etməsinə də imkan vermir. Bu təbii ki, Rusiyanın planlarına qətiyyən uyğun deyildi. Rusiya Vladimir Putin və ölkənin hərbi siyasi elitası çox gözəl dərk edir ki,  yaxın vaxtlarda Rusiya Ukraynada  ən azı minimal hədəflərinə nail ola bilməsə belə bu, mövcud hakimiyyətin və hətta Putinin fiziki olaraq da sonunu gətirib çıxara bilər. Bunu dərk edən Rusiya Prezidenti taktiki nüvə başlıqlarının istifadə edilməsi ilə bağlı təhlükəli bəyanatlar səsləndirdi. Hesab edirəm ki, bu bəyanatlar kifayət qədər realdır. Rusiya lideri artıq tarana getdiyini çox gözəl dərk edir, başqa çıxış yolunun qalmadığını anlayır. Ona görə də Putinin tez-tələsik Donetsk və Luqanskda referendum keçirirərək bu qondarma respublikaların Rusiyaya birləşdirilməsinə nail olmaq və bundan sonra onlara qarşı edilən təhdidlərin Rusiya ərazilərinə qarşı edilən təhdid kimi qəbul olunması və buna qarşı daha sərt, qadağan olunmuş silahlar da daxil olmaqla, nüvə başlıqlarından istifadə edilməsinə əsas formalaşdırmağa çalışır”.

Politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin yaranmasında əsas təhrikçi rolunda çıxış edən ABŞ və onun Qərb müttəfiqləri mövcud vəziyyətdən düzgün nəticələr çıxaracaq və prosesin daha da gərginləşməsinin qarşısını almağa çalışacaqlar:

“Xüsusilə də müharibənin ilk dövrlərində Rəcəb Tayyib Ərdoğanın timsalında biz Türkiyənin uğurlu vasitəçiliyini müşahidə etmişdik. Təəssüf ki, müharibəsinin qısa müddətdə bitməsini planlarına daxil etməyən Qərb Türkiyə formatında tərəflər arasında danışıqların  dayandırılmasına və müharibənin davamlı xarakter almasına nail oldular. Qərb səhvə yol verdiyini dərk edəcək və Rusiyanın qismən səfərbərlik elan edərək 300 min hazırlıqlı şəxsi heyətin müharibəyə cəlbedilmə, ağır qadağan olunmuş silahların tətbiq edilmə perspektivlərini, eyni zamanda qarşıdakı soyuq aylarda Avropanın üzləşə biləcəyi böyük problemləri nəzərə alaraq Rusiya-Ukrayna münaqişəsində razılıq əldə olunmasına çalışacaq. Nəhayət ki, dünyanı təhdid edən bu problem danışıqlar yolu ilə müzakirəyə  çıxarılacaq. Hesab edirəm ki, indiki halda söz, real addımların atılma imkanları da  kollektiv Qərbdədir və kollektiv Qərb bu şansı düzgün qiymətləndirə biləcək”.

//Gülnarə Abasova, Editor.az