Vladislav İnozemtsov: Putini yalnız öldürməklə dayandırmaq olarbackend

Vladislav İnozemtsov: Putini yalnız öldürməklə dayandırmaq olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Vladimir Putinin qarşısını ancaq Qərbin onu məhv etmək istəyi dayandıra bilər.

Editor.az bildirir ki, bunu rusiyalı iqtisadçı Vladislav İnozemtsev deyib. Ekspert qeyd edib ki, Qərbin Ukraynaya sülhməramlı qoşun göndərməsi ehtimalı son dərəcə azdır. “Mən düşünmürəm ki, hətta bu halda (nüvə təhlükəsi – red.) Qərb Ukraynaya öz silahlı qüvvələrini yerləşdirmək və ya cavab zərbələri endirmək riskinə girəcək. Rusiyanın daha çox təcrid edilməsi prioritet olaraq qalacaq”.

İnozemtsev əmindir ki, yalnız Qərbin Putinin sıradan çıxarılacağı barədə açıqlaması rus diktatorunu dayandıra bilər. “Yalnız bütün Qərb liderlərinin nüvə silahından istifadə ediləcəyi təqdirdə o, terrorçu elan ediləcək və tapıldığı istənilən nöqtədə öldürüləcək” kimi açıq bəyanatları Putini ayılda bilər, başqa heç nə” – ekspert yekunlaşdırıb.

//Samir,Editor.az