Xarkovda 3 əraziyə hücum: Çoxlu ölü və yaralı varbackend

Xarkovda 3 əraziyə hücum: Çoxlu ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada Xarkovun mərkəzində, cənubda Krasnoqradda və şəhərin Slobid rayonunda raket hücumlarının həyata keçirildiyi bildirilib.Hücumlarda şəhər mərkəzində vurulan qəsəbədə 7, cənubda Krasnoqradda 2, Slobid rayonunda isə 1 nəfərin, ümumilikdə isə 17 nəfərin həyatını itirdiyi bildirilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski hücumlarla bağlı açıqlamasında şəhərin mərkəzində 7 nəfərin öldüyü binanın tamamilə dağıdıldığını bildirib.

“Bu, heç bir əsası olmayan və zəifliyi göstərən mülki şəxslərə qarşı hücumdur. Biz bağışlamayacağıq, qisasımızı alacağıq”, – deyə, o, bildirib.

Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanın diqqətçəkən iddiası gündəmə gəlib. Oksana Rusiyanın Ukraynaya hücumlarında qadağan olunmuş vakuum bombasından istifadə etdiyini bildirib.

İddialara isə ilk reaksiya ABŞ-dan gəldi: Əgər doğrudursa, bu, müharibə cinayəti hesab edilməlidir.

//Safura Bənnayeva, Editor.az