Xocalının Seyidbəyli kəndində ilk toy: Qazi evlənir – FOTObackend

Xocalının Seyidbəyli kəndində ilk toy: Qazi evlənir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy məclisi baş tutub.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.

Bildirilib ki, bəy – Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar, gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirərək bu torpaqların azadlığına töhfə verən qazilərin minnətdarlıqlarını bildiriblər.//Oxu.az