Bakıda özəl məktəblərin qiymətləri niyə bu qədər bahadır? – Deputatdan AÇIQLAMAbackend

Bakıda özəl məktəblərin qiymətləri niyə bu qədər bahadır? – Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsilin biznes sahəsi formalaşması, biznes modeli kimi idarə edilməsi, beynəlxalq təcrübədə də var. Son zamanlar Bakı şəhərində özəl məktəblərin sayı artmaqdadır və bəzi hallarda təhsil xərcləri əsaslandırılmamış şəkildə yüksəkdir. 8-15 min və yaxud daha artıq təhsil haqqı, verilən təhsilə adekvat olmalıdır. Bu sahədə ünvanlı şəkildə, dərin analiz aparmadan konkret fikir irəli sürmək doğru olmaz”.

Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, təhsil xərclərinin yüksək olmasını şərtləndirən bir çox amillər mövcuddur:

“Xaricdən yüksək kvalifikasiyalı müəllimlərin cəlb olunmasından tutmuş, ən müasir innovativ texnologiyaları özündə əks etdirən, beynəlxalq standarlara uyğun infrastukturanın, təcrübə imkanlarının olmasına qədər hər bir şeyə diqqət olunmalıdır. Əgər bunlar yoxdursa, ödənişsiz dövlət təhsilindən istifadə etmək lazımdır. Məsələ ondadır ki, özəl orta məktəblərin, yaxud məktəblərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təhsilin biznes modeli kimi idarə edilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub. Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da, valideynlərin seçim imkanları olmalıdır və var. Təkcə hansısa xarici dili öyrənsin deyə uşağı özəl məktəblərə qoymaq düzgün deyil. Valideynlər övladları üçün məktəb seçərkən məsuliyyətli olmalı, reklamlara deyil, daha çox məktəbin reytinqinə, məzunlarının əldə etdikləri nailiyyətlərə, daxil olduqları universitetləri dünya miqyasındakı yerinə diqqət yetirməlidirlər. Ona görə də, iş adamları özəl təhsil biznesinə başlamazdan əvvəl bazar iqtisadiyyatına uyğun olaraq konyukturani, tələb-təklifi öyrənirlər. Valideyn 8-15 min təhsil haqqı ödəyirsə, deməli tələbat var.

Digər bir məsələ isə, qanunlarla bağlı deyil, vicdan məsələsidir. Elm, təhsil hər bir dövlət üçün strateji, millətin gələcəyi ilə bağlı məsələdir. Bundan sui-istifadə etmək, heç kimə şərəf gətirməz. Bizim tariximizdə Həsən bəy Zərdabi, Firidun bəy Köçərli və s. çoxsaylı elm, maarif fədailəri olub. Onlardan nümunə götürsək, yaxşı olar”.

//Gülnarə Abasova, Editor.az