Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edirbackend

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümü qeyd olunur.

“Report”un Balkan bürosu xəbər verir ki, Serbiya Sarayında keçirilən yüksək səviyyəli kommemorativ görüşdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

O, Qoşulmama Hərəkatının hazırkı Troykasının üzvü olan Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edir.

Görüşdə Qoşulmama Hərəkatının tarixi irsi, onun əsas prinsipləri və müasir beynəlxalq münasibətlər sistemində rolu müzakirə edilir.