Yaponiyada güclü istilər insanları xəstəxanalıq etdibackend

Yaponiyada güclü istilər insanları xəstəxanalıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada son illərin ən isti yayı müşahidə olunur. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü istilər zamanı təkcə bu həftə 7116 nəfər xəstəxanaya müraciət edib. Bu rəqəm keçən həftə müraciət edənlərin sayından 77 nəfər çoxdur. Hidrometeoroloqlar isə havaların daha bir müddət isti olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Qeyd edək ki, hal-hazırda ölkədə minimum 39 selsi istilik qeydə alınır. Bununla əlaqədar həkimlər insanları sudan çox istifadə etməyə çağırıb.

//Nəzərbəy Hacıağayev, Editor.az