Yevlaxda yük maşını piyadanı vuraraq öldürdübackend

Yevlaxda yük maşını piyadanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Aran qəsəbəsi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

Maye qaz daşıyan yük maşını yolu keçən 1977-ci il təvəllüdlü Aran qəsəbəsi sakini Sultanov Fikrət Sabir oğlunu vurub. Ağır xəsarət alan piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırmalara başlanılıb.

//APA