Zaporojye AES Ukraynanın enerji sistemindən tam olaraq ayrıldıbackend

Zaporojye AES Ukraynanın enerji sistemindən tam olaraq ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Zaporojye AES avtomatik olaraq dizel generatorlarının işləmə rejiminə keçib. Belə ki, atəş nəticəsində stansiyanı Ukraynanın enerji sistemi ilə birləşdirən sonuncu rabitə xətti də zədələnib.

Editor.az xəbər verir ki, bu barədə Zaporojye vilayəti administrasiyası Baş Şurasının üzvü Vladimir Roqov məlumat verib. “Dünən gecə Ukrayna qoşunlarının açdığı atəş nəticəsində AES-i Ukraynanın enerji sistemi ilə birləşdirən sonuncu yüksək gərginlikli elektrik xətti də zədələnib və sönüb”,- Roqov bildirib.

750 kV-luq “Dneprovskaya” elektrik xəttinin də zədələndiyini deyən Roqovun sözlərinə görə, Ukrayna nüvə enerji bloklarının işə salınmasının qarşısını almaq üçün elektrik xətlərini vurmaq niyyətindədir. Qeyd edək ki, oktyabrın 7-də Zaporojye AES-də əvvəllər bağlanmış iki reaktor işə salınıb. Sentyabrın 11-də stansiyada sonuncu işləyən altıncı enerji bloku dayandırılıb və o, faktiki olaraq fəaliyyətini dayandırıb. Oktyabrın 4-də Vladimir Putinin fərmanına əsasən, stansiyanın idarə edilməsi Rusiyanın federal mülkiyyətinə keçib.

//Samir,Editor.az