Zelenski: Qlobal ərzaq böhranının şiddəti azalıbbackend

Zelenski: Qlobal ərzaq böhranının şiddəti azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında paylaşdığı videomüraciətdə bu gün ölkəsinin Lvov şəhərində prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə keçirdiyi üçtərəfli görüşü dəyərləndirib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan taxıl dəhlizi sazişinin qüvvəyə minməsindən sonra qlobal ərzaq probleminin azalmağa başladığını bildirib.

Ərdoğanla iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdiklərinə diqqət çəkən Zelenski Türkiyə prezidentinə suverenliyə və dövlətə verdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. Zelenski bildirib ki, bu gün Türkiyənin  Xarkov şəhərində bərpa işlərinə dəstək bağlı müqavilə imzalanıb.

//Gülnarə Abasova, Editor.az