backend

Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək.
Editor.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, R.T.Ərdoğan Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcək.
Diplomatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eyni zamanda bütün Avrasiya üçün önəmlidir: “Bu dəmir yolunun əhəmiyyəti ondan ibarətdir ki, Çin və Avropa məhz Bakı-Tbilisi-Qars vasitəsilə birləşəcək”.
E.Özoral vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimiz arasında olan mədəni və iqtisadi ələqələri daha da dərinləşdirəcək.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminin oktyabrın 30-da Bakıda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına 2018-ci ildən başlanacaq.