backend

ABŞ Konqresi kəşfiyyatdan Rusiyanın seçkilərə müdaxiləsi barədə hesabat istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası kəşfiyyatdan ölkədə 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə hesabat tələb edəcək.
bu məsələ 2018-ci ildə kəşfiyyata ayrılacaq maliyyə vəsaitinə dair qanun layihəsində əksini tapıb. Layihə Konqresin saytında yerləşdirilib.
Sənədə əsasən kəşfiyyat xarici əks-kəşfiyyat tədbirləri və seçki sisteminə kibertəhlükələr barədə Konqresə hesabat təqdim etməlidir. ABŞ Milli Kəşfiyyat direktoru Daniel Kouts isə qanunun qüvvəyə minməsindən sonra 60 gündən gec olmayaraq Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi barədə hesabatı qanunvericilərin diqqətinə çatdırmalıdır.
Xatırladaq ki, daha öncə ABŞ-ın 17 kəşfiyyat strukturu Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi barədə ortaq rəylə çıxış ediblər.
//APA