ABŞ-ın 25 ildən sonra Sudana təyin etdiyi səfir vəzifəsinin icrasına başlayıbbackend

ABŞ-ın 25 ildən sonra Sudana təyin etdiyi səfir vəzifəsinin icrasına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Sudanın paytaxtı Xartuma təyin etdiyi yeni səfir Con Qodfri 25 ilə yaxın fasilədən sonra vəzifəsinin icrasına başlayıb. Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xartumdakı səfirliyindən verilən açıqlamada deyilib.

Bəyanatda bildirilib ki, Qodfri ABŞ hökumətinin nümayəndəsi kimi Amerika və Sudan xalqları arasında münasibətləri gücləndirməyə çalışacaq və Sudan xalqının azadlıq, sülh, ədalət və demokratik keçid istəklərini dəstəkləyəcək. ABŞ səfirinin Sudanda sülh, təhlükəsizlik, iqtisadi inkişaf və ərzaq təhlükəsizliyi ilə bağlı prioritetləri irəli sürmək istəyini vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin noyabrında ABŞ prezidenti Co Baydenin administrasiyası Qodfrinin Xartuma səfir təyin olunduğunu elan edib.

//Gülnarə Abasova, Editor.az