ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi Ukraynaya təhlükəsizlik sahəsində yardım üçün 500 milyon dolların ayrılmasını təsdiqləyib. Bu yardım 2026-cı maliyyə ili üzrə Milli Müdafiə Qanun layihəsinin tərkib hissəsidir. Bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, sözügedən qanun layihəsi ABŞ ordusunun maliyyələşdirilməsi və səlahiyyətlərini müəyyən edən illik sənəddir. Onun gedişatını xüsusilə “Lockheed Martin” və “Boeing” kimi silah istehsalçıları yaxından izləyir.
Reuters-in məlumatına görə, qanun layihəsi 2025-ci il iyulun 9-da keçirilən səsvermədə 26 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib. Layihəyə əsasən, Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (Ukraine Security Assistance Initiative) 2028-ci ilə qədər uzadılır və bu təşəbbüs çərçivəsində maliyyə dəstəyi 2025-ci ildəki 300 milyon dollardan 500 milyon dollara yüksəldilir.
//Samir Qurbanov, Editor.az

