Qızılın qiyməti maydan bəri ilk dəfə yeni həddə çatdıbackend

Qızılın qiyməti maydan bəri ilk dəfə yeni həddə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Comex” birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub.

Bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub.

Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən, qızılın dəyəri 0.55% artım nümayiş etdirərək bir trua unsiyası üçün 4 706.4 dollar səviyyəsinə qalxıb.

Saat 06:30-a doğru isə füçerslərin qiymət artımı daha da sürətlənib və bir trua unsiyası üçün 4 713.8 dollar (+0.77%) həddində qərarlaşıb.