ABŞ İranla qarşıdurmanın son mərhələsinə keçdiyini açıqladıbackend

ABŞ İranla qarşıdurmanın son mərhələsinə keçdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası İran üzərində maliyyə təzyiqini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır. Vaşinqtonun yeni tədbirləri Tehranın iqtisadi və maliyyə əlaqələrinin maksimum dərəcədə məhdudlaşdırılmasına yönələcək.

Editor.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Bessentin sözlərinə görə, ABŞ avqustun 24-dən etibarən Tehrana qarşı genişmiqyaslı maliyyə təzyiqi kampaniyasına başlayacaq. O, qarşıdakı tədbirləri İrana qarşı indiyədək həyata keçirilmiş “ən böyük maliyyə hücumu” kimi xarakterizə edib.

ABŞ prezidenti Donald Tramp avqustun 20-də İrana qarşı yeni iqtisadi təzyiq kampaniyasının başladığını açıqlamışdı. Tramp bu kampaniyanı “iqtisadi D-Day” adlandıraraq, Vaşinqtonun əsas məqsədinin İranın beynəlxalq iqtisadi və maliyyə sistemindən mümkün qədər təcrid olunması olduğunu bildirmişdi.

Yeni sanksiya və məhdudiyyətlərin yalnız İranın özünə deyil, Tehranla ticarət və maliyyə əlaqələrini davam etdirən xarici qurumlara da şamil edilə biləcəyi gözlənilir. Potensial hədəflər sırasında banklar, şirkətlər, neft vasitəçiləri və İranla əməliyyatlar aparan digər strukturlar yer alır. Bu tədbirlərin Rusiyadakı bəzi qurumlara da təsir göstərə biləcəyi bildirilir.

//Gülnarə Abasova, Editor.az