İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edibbackend

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirərək Avropa İttifaqının 20-ci sanksiyalar paketindən bir sıra əlavə tədbirləri qəbul edib.

Editor.az xəbər verir ki, İsveçrə Federal Şurası avqustun 19-da Rusiyaya qarşı Avropa İttifaqının 20-ci sanksiyalar paketinə daxil olan yeni məhdudiyyətlərin tətbiqinə qərar verib. Bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Yeni məhdudiyyətlər əsasən enerji və dəniz nəqliyyatı sektorlarını əhatə edir. Qərara əsasən, Rusiyada yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına, qazdaşıyan gəmilərə və buzqıran gəmilərə texniki xidmət göstərilməsinə qadağa qoyulacaq.

Bundan əlavə, İsveçrə Rusiyaya tanker satışını da qadağan edib. Üçüncü ölkələrə tanker satışı ilə bağlı müqavilələrə isə gəmilərin sonradan Rusiyaya yenidən satılmasını qadağan edən xüsusi şərt daxil ediləcək.

İsveçrə hökumətinin məlumatına görə, yeni məhdudiyyətlərin bir hissəsi mərhələli şəkildə qüvvəyə minəcək. LNG terminallarına xidmət göstərilməsinə qoyulan qadağanın 1 yanvar 2027-ci ildən tətbiq olunması nəzərdə tutulur. Digər tədbirlər isə 1 və 21 sentyabr 2026-cı il tarixlərində qüvvəyə minəcək.

//Gülnarə Abasova, Editor.az